Bu barədə İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem məlumat verib
Bu gün İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib. "ANS PRESS"in məlumatına görə bu barədə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Lavon Lotem bildirib.
Xatırladaq ki, səfirlik logistika məsələləri ilə bağlı olaraq fevralın 14-də fəaliyyətini dayandırmışdı.
Qeyd edək ki, bir neçə gün öncə İsrailin Dövlət Terrorla Mübarizə Bürosu yaxın günlərdə bir sıra ölkələrdə israillilərə qarşı yüksək hücum ehtimalının olması ilə bağlı xəbərdarlıq elan etmişdi. Xəbərdarlıq “Hizbullah” lideri İmad Muğninin şəhid olmasının üçüncü ildönümü ilə əlaqədar idi. Terrorla Mübarizə Bürosunun məlumatında qeyd olunur ki, yaxın həftələr ərzində israillilər üçün xüsusi olaraq təhlükəli olan 9 ölkə var: “Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Venesuela, Misir, Fildişi Sahili, Mali və Mavritaniya”.