Ağ Evin rəsmi nümayəndəsi Robert Gibbs jurnalistlər üçün keçirdiyi brifinqdə bunu bəyan edib
«Bizim Misir xalqı və dövləti ilə tərəfdaşlığımız regiona, xüsusən Misir və İsrail arasında sabitlik və sülh gətirib», deyə ABŞ prezidentinin mətbuat katibi bəyan edib. «Məncə Misirin növbəti hökumətinin İsraillə razılaşmalara əməl etməsi çox vacibdir», deyə o əlavə edib.
Qeyd edək ki, bu Gibbsin Ağ Evdə keçirdiyi vida press-brifinqi olub. Onunla vidalaşmağa gəlmiş prezident Obama zarafatla Gibbsin gedişinin günün ən əhəmiyyətli gedişi olmadığını bildirib. Obama bununla Misir prezidenti Hüsni Mübarəkin istefasını nəzərdə tutub. /APA/