Yaxın şərq » Hüsnü Mübarək təslim olur
Hüsnü Mübarək

Misir prezidentinin bu gecə istefa verəcəyi gözlənilir

Misirdə gərginlik yenidən geniş vüsət alıb. Qahirənin Təhrir meydanına toplaşan minlərlə nümayiş iştirakçısı bu dəfə tələblərinin sayını artırıb. ANS PRESS-in “Əl-Cəzirə” kanalına istinadən verdiyi məlumata görə, artıq insanlar təkcə prezident Hüsnü Mübarək deyil, parlament, hökumət, vitse-prezident Ömər Süleyman da daxil olmaqla, bütün hakimiyyətin istefa verməsini tələb edir.

Bu arada yayılan bəzi şayiələrə görə, bu gün Bakı vaxtı ilə saat 23.00 radələrində prezident Hüsnü Mübarək xalqa canlı yayımla müraciət edərək postunu tərk edəcəyini və səlahiyyətlərini vitse-prezidentə həvalə edəcəyini bəyan edəcək. Bunu BBC-yə müsahibəsində hakim Milli-Demokrat Partiyasının yüksək vəzifəli üzvü Hasam Bədravi də təsdiq edib.

Bundan başqa, nümayişçilərə cavab olaraq televiziya ekranlarından müraciət edən yüksəkçinli naməlum zabit onların bütün tələblərinin yerinə yetiriləcəyini deyib. Lakin dəqiq tarix bildirməyib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!