Kralın mətbuat xidməti yayılmış məlumatları təkzib edib
Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının kralı Abdalla bin Əbdel Əziz əl Səudun dünyasını dəyişməsi barədə yayılmış xəbərlər həqiqətə uyğun deyil.
"Kral ölməyib. O, Mərakeşdədir və özünü də əla hiss edir", - kralın mətbuat xidmətinin açıqlamasında deyilir.
Son aylar Abdulla bin Əbdel Əziz əl Səud onurğasındakı problemlər ucbatından müalicədə idi. 2010-cu ilin noyabrında o, özünü pis hiss edib və həkimlər kraın fəqərəarası dəlik mərəzinə mübtəla olduğunu deyiblər.
Lakin kral daha sonra özünü lap pis hiss etdiyindən noyabrın 23-də Nyu-Yorka yollanıb, müalicə alıb. Yanvarın sonlarında isə kral Mərakeşə, müalicəsini başa vurmağa gedib.