8 Fevral, 2011
Danimarkada müsəlmanlara daha az maaş

Danimarka hökuməti müsəlmanları hədəfə alan qanun layihəsi irəli sürüb

Danimarkanın maliyə naziri Klaus Frederiksen yeni qanun layihəsi təklifi ilə çıxış edib. 313news.net-in "Habertürk" qəzetinə istinadlı xəbərinə görə, qanuna layihəsinə görə müsəlman miqrantlar danimarkalılarla müqayisədə daha aşağı maaşla işlədiləcək. Həmçinin, müsəlman miqrantlar sosiyal müavinətlərdən istifadə etmək üçün bal toplamaq məcburiyyətində olacaq. Layihədə qərbdən gələn, müsəlman olmayan miqrantlar haqqında bəhs edilmir. Bu isə onu göstərir ki, qanun layihəsi müsəlmanlara qarşı "ikili standartlar"dan başqa bir şey deyil.

Xatırladaq ki, Danimarka bundan əvvvəldə islamafobiyaya görə İslam dünyasının qəzəbinə tuş gəlmişdi. 2005-ci ildə Danimarka qəzeti İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) karikaturalarınıı dərc etmişdi.

Bütün hüquqlar qorunur  ©  Dünya xəbərləri

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!