Məhərrəm-Səfər əzası başa çatır
Bu gün hicri təqvimlə Səfər ayının 30-u Əhli-beytin (ə) 8-ci imamı İmam Əli ibni Musər-Rzanın (ə) şəhadət günüdür. İmam (ə) 21 il imamət edib. Hicrətin 203-cü ilində 55 yaşında Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib şəhid olub. Mübarək məzarı İranın Məşhəd şəhərindədir.
Bu əza günü münasibətilə İmam Zaman (ə) başda olmaqla, bütün müsəlman aləminə başsağlığı veririk. Allah-Təala bu dünyada İmam Rzanın (ə) ziyarətindən, axirətdə isə şəfaətindən binəsib etməsin!
Qeyd edək ki, bu gün Səfər ayının son günüdür. Beləliklə, Məhərrəm-Səfər əza ayları başa çatır.