Analitika və müsahibə » Bu gün İslam dünyası üçün ən kədərli gündür

28 səfər tarixində bəşər ən böyük rəhmətdən məhrum olub

28 səfər tarixi İslam dünyası və müsəlmanlar üçün acı günlərdən biri, birincisidir. Hicri təqvimlə 11-ci ildə İslam peyğəmbəri Həzrət Məhəmməd (sallallahu aleyhi və alihi və səlləm) Mədinədə vəfat edib. Həzrət Peyğəmbər (s) Mədinədə  (Məscidün-Nəbidə) dəfn olundu ki, bu gün də qəbri milyonlarla müsəlmanın ziyarət yeridir.

Hicri tarixi ilə 50-ci ildə isə Peyğəmbərin (s) nəvəsi, Əhli-beytin (ə) ikinci imamı İmam Həsən ibn Əlinin (ə) şəhadət günüdür. İmam Həsən (ə) Muaviyənin sifarişi ilə xanımı tərəfindən iftarına zəhər qatılaraq qətlə yetirilmişdir. Əhli-beyt İmam Həsəni (ə) babası Peyğəmbərin (s) yanında dəfn etmək istəsə də siyasi səbəblərdən Peyğəmbərin (s) xanımlarından Aişə və hakim Bəni-Üməyyə tayfası buna icazə vermədilər. İmam (ə) Mədinədə Bəqi qəbirstanlığında dəfn edildi.

Bu kədərli gün münasibətilə İmam Zamana (ə) və dünya müsəlmanlarına baş sağlığı veririk. Allah bizi Peyğəmbər (s) və onun Əhli-beytinin dünyada ziyarətindən, axirətdə şəfaətindən binəsib etməsin! /313news.net/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!