Filip Krouli: "Ankara hesabatı hüquqi baxımdan deyil, Abdulla Gülün "şıltaqlığı" baxımından dəyərləndirib"
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin mətbuat katibi Filip Krouli Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail əsgərlərinin hücumunun araşdırılması ilə bağlı İsrailin hazırladığı hesabatı inandırıcı və bitərəf adlandırıb. Filip Krouli keçirdiyi mətbuat konfransında Ankaranın hesabatı hüquqi baxımdan deyil, dövlət başçısı Abdulla Gülün “şıltaqlığı” baxımından dəyərləndirdiyini bildirib.
"İsrailin apardığı şəffaf, bitərəf və inandırıcı bir araşdırmanın məhsulu olan bu hesabatın müstəqil olduğunu hesab edirik”,- deyə ABŞ Dövlət departamentinin mətbuat katibi bildirib.
Ötən ilin sentyabr ayında BMT-nin açıqladığı hesabata işarə edən Filip Krouli həm İsrailin hesabatı, həm də BMT-nin baş katibinin rəhbərliyi ilə hazırlanan hesabatda hələ görüləcək çox işlər olduğunu deyib: “Biz İsrailin bu təşəbbüslərini dəstəkləyirik. Hesabatın heç kimdən asılı olmayan bir sənəd olduğunu, BMT-nin hesabatından sonra keçən uzun müddət ərzində aparılan araşdırmalara bir töhfə olduğunu, bu və ya digər şəkildə yozulacaq bir mövzu olmadığını hesab edirəm”.
Filip Krouli bununla belə “Mavi mərmərə” gəmisinə hücumu araşdırmaq üçün yaradılan BMT Komissiyasının dünya ictimaiyyəti üçün ən birinci forum olaraq görməyə davam etdiklərini bildirib.