![](/up/news/article/Mescid/thumb_kerbela9.jpg)
Yalnız 250 min zəvvarın 30 xarici ölkədən gəlmə zəvvar olduğu bildirilir
Kərbəla şəhər şurasının rəhbəri Muhəmməd Həmid əl-Musavi bildirib ki, İmam Hüseynin (ə) mübarək Ərbəin gününə hələ iki gün qalmış artıq 300 minə qədər zəvvar İmamın (ə) müqəddəs hərəmini ziyarət etmək üçün Kərbəlaya gəlib, - "Deyerler" ABNA-ya istinadən xəbər verir.
Yalnız 250 min zəvvarın 30 xarici ölkədən gəlmə zəvvar olduğu bildirilir. Onların sayı bir gün ərzində 100 min nəfər artaraq 350 min nəfərə çatıb.
"Zəvvarlar dünyanın beş qitəsindən bu mübarək məkana üz qoyublar. Zəvvarların əksəriyyəti Bəhreyn, İran, Livan, Suriya, Misir, Səudiyyə Ərəbistanı, Almaniya, Hollandiya, Kuveyt, Azərbaycan və digər ölkələrdəndir.