Qurum Türkiyə qanunlarını pozduğuna görə cəzalandırılıb
Türkiyənin Reklam Qurumu ölkənin Dəyanət İşləri Nazirliyini cəzalandırıb. 313news.net-in "Habertürk" qəzetinə istinadlı məlumatına görə, Dəyanətin rəsmi saytında yayımlanan Ümrə ziyarətinə dəvət reklamına dayandırma cəzası verilib. Buna səbəb qiymətlərin avro valyutası ilə verilməsi olub. Belə ki, Reklam Qurumunun 2008-ci ildə verdiyi qərarn ziddinə olaraq qiymətlər yalnız xarici valyuta ilə verilib. Bu səbəbdən, Dəyanət İşləri Nazirliyi 72 min türk lirəsi cərimə olunacaq.