Populyas türkləri "barbar" adlandırdı
Yunananıstan prezidenti 82 yaşlı Karolos Papulyas bu ölkədə səfərdə olan erməni həmkarı Serj Sarkisyanla görüşüb. "ANSPRESS"in "CNN Türk"ə istinadlı xəbərinə görə Ermənistan prezidentinin Afina səfəri Türkiyənin sərt reaksiyasına səbəb olan açıqlamalara səbəb olub. Sarkisyan Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün 1915-ci il hadisələrini "soyqırım" kimi qəbul etməsinin lazım olduğuna eyham edib. Yunan lider də erməni həmkarına iki ölkə xalqının da türklər tərəfindən öldürüldüyünü deyib.
"İkimiz də eyni barbarlar tərəfindən qətlə yetirildik", deyə o qeyd edib.
Televiziya kameralarının da olduğu yerdə çıxış edən yunan dövlət başçısı ölkəsində mövcud olan iqtisadi böhrana görə də Türkiyə ilə münasibətlərini günahkar bilib. O, Yunanıstanın iki ölkə arasındakı silah balansını qorumaq üçün silahlanmaya vəsait xərclədikərini vurğulayıb.
“Silahlanma səviyyəsini qorumaq üçün iqtisadi yük altına girməsəydik, indi Beynəlxalq Valyuta Fonduna gərək qalmazdı. Biz bütün müttəfiqlərimiz arasında silahlanmaya ən çox pul xərcləyən ölkəyik. Bizim kimi sülhsevər xalq üçün bu haqsızlıqdır", deyə Yunanınstan prezidenti bəyan edib.
Papulyas Ankaranın Afinanın yeni münasibət yaratması səylərinə qarşılıq verəcəyinə ümid etdiyini də deyib.
Sarkisyan isə Türkiyənin AB üzvlüyü üçün "tarixi tanıma" şərti olduğunu deyib. O, Türkiyəni "çətin qonşu, gücünə güvənərək danışır", deyə təqdim edib.
Xatırlıadaq ki, 2005-ci ildən Yunanıstanın prezidenti olan Karolos Papulyas Türkiyəyə qarşı sərt mövqeyi ilə seçilir.