Bu barədə artıq İslam Respublikasının rəsmi dairələrindən fikirlər səslənib
Məlum olduğu kimi artıq müəyyən müddətdir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərində baş örtüyü (hicab) taxmaq qadağan olunub. Bu öz növbəsində qonşu ölkələrdə, ən çox da İran və Türkiyədə narazılıqlara səbəb olub.
Bu dəfə növbəti fikir İrandan gəlib. Belə ki, ölkənin "Fars" xəbər agentliyi parlamentin siyasi komissiyasının üzvü Mahmud Əhmədinin fikirlərini yayıblayıb. İranlı millət vəkili bu qadağanın səbəbkarı kimi İsraili günahlandırıb: "Baş örtüyü İslam dininin reallığıdır. Azərbaycandakı hicab qadağası da sionistlərin bölgəyə nüfuz etdiyini göstərir".
Əhmədi həmçinin deyib ki, insan haqlarının gerçək düşməni imperayistlər və sionistlərdir.