Əl Əzhər İslam mərkəzi fətva vermə komitə başçısı "Abdul Həmid əl Etriş" nəşr etdiyi yeni hökmlə məscid içərisində cib telefonu istifadə edilməsini haram elan etdi.
Media-islam.Com-un əldə etdiyi xəbərə görə, "Abdul Həmid əl Etriş": məscid içərisində cib telefonlarının istifadə edilməsi dini baxımdan haram və bu müqəddəs məkanların qüdsiyyəti ilə təzadı vardır, dedi.
Əl Əzhər müftisi sözlərinin davamında bunları söylədi: telefonların çaldığı anda ondan çıxan dəyişik musiqi səsləri və dualar məscidlərin mənəvi fəzasını pozaraq namaz qılanların huşu halətindən çıxmalarına səbəb olmaqdadır.