Bu barədə İran mətbuatı xəbər yayıb
İslam dünyasının böyük alimlərindən Ayətullah Seyyid Əli Sistaniya qarşı terror aktının qarşısı alınıb. Bu barədə ABNA məlumat yayıb. Məlumata görə kamukadzə alimin evinə daxil olub üstündəki bombaları partlatmaq istəyərkən mühafizəçilər tərəfindən zərərsizləşdirilib. Terorçu həbs olunub.
Alimin ofisinə yaxın mənbələr isə xəbərləri təkzib ediblər. Bildirilib ki, Ayətullah Sistaninin təhlükəziliyi yüksək səviyyədə təmin olunduğundan belə bir cəhd mümkün deyil.