Yaxın şərq » Səudiyyə rejiminin Hizbullahı aradan qaldırmaq planı

"WikiLeaks"-ın sızdırdığı Amerikan gizli sənədlərində, Səudiyyə rejiminin Hizbullahı aradan götürməsi üçün əlindən gələni etdiyi qeyd edilir.

Amerikan diplomatik sənədində Səudiyyə Ərəbistanının təklifləri bu cür qeyd edilir:

"Səudiyyə Ərəbistanı təcili bir şəkildə Beyrut və ətrafında bir Ərəb Gücünün yaradılmasını tələb edirlər. Buna ABŞ və NATO-nun nəqliyyat və lojistik dəstək təmin etməsi, eyni zamanda da dəniz və hava qoruması verməsi istənir. Faysal, Beyrutdakı bir Hizbullah qələbəsinin Senyora hökumətinin sonu və İranın Livanı ələ keçərməsi mənasını verdiyini söyləyir. Səud əl Faysala görə, İraqdakı və Fələstin cəbhəsindəki İran fəaliyyətləri Livandakı bir Hizbullah zəfəri ilə birləşdiyində bu ABŞ və bütün bölgə üçün fəlakət olar. Beyrutdakı problem tamamilə hərbi olduğu üçün həlli də hərbi olmalıdır."

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!