Türkiyə baş naziri ilk dəfə Aşurada iştirak edəcək
Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Kərbəla hadisəsinin il dönümünə qatılacaq. "Haberturk"ün məlumatına görə Aşura mərasimi İstanbulda dekabrın 16-sında keçiriləcək. Baş nazirin ilk dəfə bu mərasimə qatılacağı bildirilir.
Qeyd edək ki, Aşura günü İslam peyğəmbərinin (s) nəvəsi İmam Hüseyn (ə) Kərbəlada dəhşətli şəkildə şəhid edilib. Aşura mərasimi hər il şiə müsəlmanları arasında böyük təntənə ilə qeyd edilir.