Azərbaycan və MDB » Azərbaycanlıların İranda vizasız qalma müddəti artırılıb
İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami

İran Azərbaycan vətəndaşları üçün ölkədə vizasız qalma müddətini 15 gündən bir ayadək artırıb.

Bu barədə çərşənbə günü mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami deyib.

Onun sözlərinə görə, bu qərar İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərindən sonra qəbul edilib.

2010-cu ilin əvvəlində İran fevralın 1-dən etibarən birtərəfli qaydada Azərbaycanla viza rejiminin sadələşdirilməsi barədə qərar qəbul edib. "Rəsmi Bakı İranla viza rejiminin sadələşdirilməsi məsələsini hələ ki nəzərdən keçirmir", - Azərbaycan XİN-dən bildiriblər.

İrana gedən Azərbaycan vətəndaşları C hepatiti və QİÇS üçün qan analizi verməlidirlər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!