Noyabrın 17-də Təbrizdə Milli Sərdar Səttarxanın ölümünün 96-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Mərasim zamanı yerli vaxtla saat 19:00 radələrində azərbaycanlı gənclərlə ermənilər arasında qalmaqal baş verib. Bu isə anım mərasiminin kütləvi nümayişə çevrilməsi ilə nəticələnib.
Təbrizdə ermənilərlə azərbaycanlılar arasında qalmaqal baş verib
ABNA-xəbər agentliyinin verdiyi xəbərə əsasən: Noyabrın 17-də Təbrizdə Milli Sərdar Səttarxanın ölümünün 96-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasim zamanı yerli vaxtla saat 19:00 radələrində azərbaycanlı gənclərlə ermənilər arasında qalmaqal baş verib. Bu isə anım mərasiminin kütləvi nümayişə çevrilməsi ilə nəticələnib.
Mübahisəyə səbəb bir neçə erməni oğlan və qızdan ibarət dəstənin mərasim iştirakçısı olan azərbaycanlı gəncə yaxınlaşaraq təhqiramiz ifadə işlətməsi olub. Onların arasında yaranan mübahisəyə digər ermənilər söyüşlə cavab verib və Azərbaycanlıların ünvanına həqarət ediblər. Ermənilərin bu davranışı xiyabandan keçən digər soydaşlarımızın da diqqətini çəkib və bir neçə dəqiqə ərzində anım mərasimi kütləvi aksiyaya çevrilib. Bu zaman onlar “Ya Qarabağ, ya ölüm”, “Yaşasın Azərbaycan!”, “Məhv olsun Ermənistan!” kimi şüarlar səsləndiriblər.
Bundan sonra hadisə yerini mühasirəyə alan İran təhlükəsizlik qüvvələri əvvəlcə erməniləri, daha sonra azərbaycanlıları oradan uzaqlaşdırıblar.