Səudiyyənin "Əl-Vətən" qəzetinə müsahibə verən, əslən Somalidən olan zəvvar deyir ki, 20 il qabaq Somalidə olan daxili müharibələr zamanı başından yaralanaraq eşitmə və danışma qabiliyyətini itirmişdi.
Ailə üzvlərim müalicə üçün məni İngiltərəyə belə aparmışdılar. Amma heç bir dava-dərman mənə kömək etmədi. Mənim şəfa tapmağımın əlacsız olduğunu deyirdilər.
İngiltərədə yaşayan Əli ibn Əbdürrəhman Şərif baş vermiş möcüzəni belə xatırlayır: Kəbəni təvaf etdikdən sonra Beytullahın cənubuna tərəf hərəkət etdim. Başıma və üzümə bir az Zəmzəm suyu vurmuşdum ki, məlahətli sübh azanını eşitdim. Bu xəbər yol yoldaşlarım arasında tezliklə yayıldı və onların təəccübünə səbəb oldu.
Zəvvarların rəhbəri ƏbdüsSaməd Məhəmməd deyir ki, birdən Əli ilə rastlaşdım və gördüm ki, o danışır. Halbuki o danışa bilmirdi və istədiklərini bizə yazaraq bildirirdi.