Analitika və müsahibə » Türkiyəli ilahiyyatçı biyabırçı qəndil gecələrini rədd etdi

Türk ilahiyyatçısı Ehsan Əliaçıq İslam peyğəmbərinə (s) aid edilən ayıb qəndillərə etiraz edib

"Haberturk"-ün məlumatına görə ölkə televiziya kanallarından birinin qonağı olan ilahiyyatçı Ehsan Əliaçıq bir sıra maraqlı açıqlmalar verib. Öznövbəsində bu açıqlamalar türk mətbuatında əks-səda doğurub.

İlahiyyatçının maraq doğuran açıqlamalarından biri qurban kəsmə mərasiminə etirazı olub. O deyib ki, həccə gedənlər qurban kəssə, bu kifayət edər. Başqaları isə əgər çox yardım etmək istəyirlərsə, küçə uşaqlarını himayə etsinlər, bir-birlərinin borclarını ödəsinlər.

Əliaçıqın daha bir maraq doğuran açıqlaması isə Türkiyədə geniş qeyd olunan qəndil gecələrini dindən kənar sayması ilə bağlı olub. O deyib: "Həzrət Məhəmmədin (s) ana bətninə düşdüyü gecə deyirlər. Belə gecə olarmı? Bu, hər şeydən əvvəl ayıbdır!".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!