O, bunu dövrün tələbləri ilə əlaqələndirib
313news.net -in "Haberturk"ə istinadlı xəbərinə görə Türkiyənin Diyanət İşləri naziri proffessor Əli Bardaqoğlu televiziya verilişlərinin birində bəzi açıqlamalar verib. O, bəzi millət vəkillərinin Hayru Nisəgülün əlini sıxmaması bağlı suala cavab verərkən bunları deyib: "Biz xanımların uzatdıqları əli sıxırıq. Burada bir maneə də görmürük. Bu, mədəni dünyanın adətidir".
Bardaqoğlu həmçinin hicabla bağlı bəzi problemlərə də işarə edib.