Milyonlarla müsəlman su içində müqəddəs Kəbəni təvaf elədi
313news.net-in "Haberturk"-ə istinadlı xəbərinə görə təxminən axşam saatlarında başlayan və leysan xarakteri alan yağışlar nəticəsində su qatının hündürlüyü 40 sm-ə çatıb. Nəticədə Məscidül-həramın alt qatlarını su basıb. Şəhərdə nəqliyyat sisteminin iflic olduğu bildirilir. Şimşək çaxması səbəbindən Səudiyyə televiziya kanalları Həram kompleksindən canlı yayımı kəsiblər.
Xatırladaq ki, hal-hazırda həcc mərasimini yerinə yetirmək üçün artıq bir çox ölkələrdən milyonlarla müsəlman Məkkədədir.