6 nəfərin həlak olduğu bildirilir
"Timeturk"-ün məlumatına görə Əfqanıstanla sərhəd Şimali Vəziristan vilayətinə pilotsuz təyyarələrlə təşkil olunan hücum nəticəsində 6 nəfərin öldürüldüyü bildirilir. Pakistan televiziyalarının məlumatına görə bir evə təşkil olunan hücumda 6 nəfər ölüb, çox sayda insan yaralanıb. Ölənlərin şəxsiyyəti haqqında məlumat verilmir.
Qeyd edək ki, ABŞ-ın Pakistana təşkil etdiyi hücumlarda 2008-ci ildən bəri 200-dən çox insanın öldürüldüyü bildirilir.