Onlar şikayətlərində günahsız olduqlarını əsas gətirərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər
Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşından ibarət mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə başladı.
İttihama görə, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan qrup qanuna zidd silahlı birləşmə yaradaraq dövlət əleyhinə hərəkətlər etməyi planlaşdırıb. Qrupun rəhbəri "Abdulla" ləqəbli Azər Misirxanov vaxtilə müxtəlif münaqişə zonalarında qanunsuz silahlı birləşmələrin tərkibində xüsusi təlimlərdə və döyüş əməliyyatlarında iştirak edib. O, 2001-ci ildə Azərbaycan dövlət sərhədini qeyri-qanuni keçərkən saxlanılıb, sərhədi qanunsuz keçməyə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində iştirak etməyə görə məhkum olunub. Cəza müddəti bitdikdən sonra antiterror koalisiyası qüvvələrinə qarşı terrorçuluq əməllərində iştirak etmək məqsədilə Azər Misirxanov xarici ölkə ərazisinə keçib. Bu silahlı birləşmənin üzvləri Bakı şəhərində yerləşən "Əbu Bəkr" məscidində 2008-ci il avqustun 17-də terror törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş "Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri "Süleyman" ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər. Qrup Bakı-Novorossiysk neft boru kəmərini partlatmağı da planlaşdırıb. Saxlanılan zaman onların üzərindən külli miqdarda silah-sursat aşkarlanaraq, götürülüb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Asif Əmikişili, Rəşid Mustafayev 15 il, Emil Şıxəliyev 14 il, Mahir Allahverdiyev, Firdovsi Quliyev 13 il, Vasif Ömərov, Elməddin Fərəcov, Faiq Cəfərovun 12 il, İbadət Alazov, Teymur Axundov 11 il, Kamran İlyasov, Amil Xəlilov, Elnur Qazıyev, Elşən Druskarın 10 il, Ceyhun Əliyev, Zeynal Əkbərov, Mahir Abdullayev 9 il, Mehdi Kərimov, Tural Həsənov, Emin Cami 8 il, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Vüsal İsayevin 7 il, Ramil Fərzəliyev, Namiq Məmmədov 6 il, Elçin Canağayev 5 il, Vüqar Abdullayev, Arif İbrahimov, Fuad Mövsümov, Rəşad Mahmudov 4 il, Bəxtiyar Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə razılaşmayan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını əsas gətirərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bizimyol.Az