Məkkədə tikilən 601 metrlik saat qülləsinin gələn ay hazır olacağı bildirilir
"Haber7"nin məlumatına görə hazırda dördüncü tərəfinin inşası gedir. Saat üzərindəki 23 metr ölçüsündəki hilal ehtimal ki, dünyada analaqsuzdur. Qüllənin təpəsində yerləşdirilən səsgücləndiricilər vasitəsilə azan səsi uzaq məsafələrə yayılacaq. İnşaat işləri tamamlandıqdan sonra 601 metr hündürlüyü olan bu qüllə, Dubaydakı "Bürc Xəlifə" mehmanxanasından sonra ikinci ən hündür tikili olacaq.