Bunu Hizbullahın siyasi büro rəhbəri Seyid İbrahim Əmin deyib
"Israhaber"in məlumatına görə İbrahim Əmin mübarizələrinin əsla sünnilərə qarşı olmadığını bildirib. O deyib: "Həzrət Hüseynin (ə) qanı və onun üçün tökülən göz yaşları İranda inqilaba, Livanda isə müqavimətə çevrildi. Kim bunu göz ardına vurursa, bu, onun problemidir. Bu günkü müharibə sünni-şiə müharibəsi yox, zalım sionist-amerikan planına qarşı aparılan müharibədir".
Seyid İbrahim həmçinin deyib: "Biz zülmə müqaviməti Həzrət Məhəmməddən (s,',0), İmam Hüseyndən (ə) və İmam Zamandan (ə) öyrənmişik, bundan da utanmırıq".
O, ardınca qeyd edib: "Bu gün dünyada mövcudiyyətimiz və müqavimətimiz sünnilərə, xristianlara və ya başqalarına qarşı deyildir. Müharibə ABŞ və İsrailə qarşıdır. Şiələrin sünnilər əleyhinə hər hansı mübarizəyə keçməsi mümkünsüzdür".