İsraildə bir qrup parlamentar, sənətçilər Knessetdə toplanaraq ötən həftə qəbul edilən yeni vətəndaşlıq qanununu etiraz ediblər
Faktxeber.com-un İsrailin Ynetnews saytına istinadən verdiyi məlumata görə, nümayişçilər, vətəndaşlığa qəbul edilən hamının İsraili "yəhudi və demokratik bir ölkə" olduğuna and içməsini tələb edən qanunu etiraz ediblər. İsrail rejimi xarici işlər naziri Aviqdor Liberman ən ağır tənqidlərin hədəfi olub.
Knesset üzvləri keçirdiyi nümayişlərdə təxminən altı min nəfər iştirak edib. Nümayişdə çıxış edən Knesset üzvü Şolomo Molla bildirib ki, Demokratiya və İsrail əleyhdarı qanunlara son qoyulmalıdır. Bizə buraya "Libermanın faşistliyini dayandırın" deməyə gəlmişik."