Dünyada » Pakistanda 7 milyon evsiz qalıb.

BMT, sel fəlakəti nəticəsində Pakistanda 7 milyon adamın evsiz qaldığınl bildirib.

 

Pakistan tarixinin ən böyük təbii fəlakətindən 3 aya yaxın müddət keçməsinə baxmayaraq, 7 milyon insanın hələdə bir sığınacaq tapmadığı bildirilir. Faktxeber.com-un verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) sözcüsü Stakey Vinston, İslamabadda təşkil etdiyi mətbuat konfransında, fəlakətin böyüklüyünü xatırladaraq bildirib ki, təbii fəlakətdən  3 ay keçməsinə baxmayaraq 7 milyon insan hələ də sığınacaq tapa bilməyib. 14 milyon nəfərin də təcili köməyə ehtiyacı var.

Beynəlxalq cəmiyyət tərəfindən təmin edilən madddi yardımların cəmi xərclərin ancaq 35%-ni ödədiyini qeyd edən Vinston bildirib ki, BMT tərəfindən daha əvvəl açıqlanan 2 milyard dollarlıq yardım çağırışını yeniləyərək beynəlxalq cəmiyyətə yenə müraciət edirik.

Xatırladaq ki, Pakistanda iyul ayının sonunda başlayan musson yağışlarının səbəb olduğu sellərdə, 2 mindən çox insan həyatını itirmiş, 6,5 milyon ev su altında qalmış və 21 milyon əhali bu fəlakətdən zərər çəkmişdir.


 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!