Dünyada » Rusiya prezidenti ABŞ-da ifşa olunan casusları mükafatlandırıb

Rusiya prezidenti Dmitri Medvedev Kremldə Xarici Kəşfiyyat Xidmətinin bir qrup əməkdaşını təltif edib.

 

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “RİA Novosti”yə istinadən xəbərinə görə, prezidentin mətbuat katibi Natalya Timakova bildirib ki, təltif olunanlar arasında bu ilin yayında ABŞ-da ifşa olunaraq Rusiyaya göndərilən şəxslər də var.


Bununla belə, N.Timakova konkret ad çəkməkdən və sözügedən şəxslərin hansı mükafatlara layiq görülməsi haqda məlumat verməkdən yayınıb.


Qeyd edək ki, 27 iyun 2010-cu ildə ABŞ-da Rusiyanın 10 nəfərdən ibarət casus qrupu ifşa olunub. Bunlar Anna Çapman, Riçard və Sintiya Merfi, Xuan Lazaro və Viki Pelaes, Maykl Zotolli, Patrisiya Millz, Mixail Semenko, Donald Xovard Xitfild və Treysi Li Enn Folidir. Sonradan bu şəxslər casusluqda ittiham olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş Rusiya vətəndaşları ilə dəyişdirilib.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!