İslami Cihad Hərəkəti, başçılıq müddəti bitmiş olan Mahmud Abbasın düşmənlə bir barış razılaşmasına gəlməsi vəziyyətində Fələstinin tarixi haqqlarından keçəcəyi və işğal rejimiylə döyüşün bitdiyini elan edə biləcəyi istiqamətindəki şərhlərini sərt bir dillə qınadı.
İslami Cihadın qabaqda gələn liderlərindən Şeyx Hıdır Həbib dünən axşam (18 Oktyabr Bazar ertəsi) Fələstin İnformasiya Mərkəzinə verdiyi xüsusi bildirişdə, Abbasın etdiyi şərhlərin etibarsız və qəbul edilə bilməz olduğunu ifadə edərək, Fələstin xalqının var gücüylə buna qarşı dayanacağını söylədi. Həbib davamla belə danışdı: "Abbas və ya bir başqası işğalçılarla döyüşün bitdiyini elan etməyə səlahiyyətli deyil. Bu torpaqlar üzərində hüquqsuz bir şəkildə bir tək Sionist qalmayıncaya qədər bu döyüş də sürəcək. Bu səbəbdən Fələstinin bu gözəl torpaqlarından son Sionist çıxana qədər cihad, müqavimət və döyüş də davam edəcək."