Talibanın aldatdığı kasıb ailələrdən 180 avro qarşılığında satın aldığı təhsilsiz uşaqları canlı bomba olaraq yetişdirir və "cənnət" vədiylə hücum tənzimləməyə göndərir
Pakistandakı Taliban Təşkilatının, intihar hücumları üçün 13-17 yaş arasındakı Pakistanlı oğlanları yığaraq xüsusi düşərgələrdə öyrətdiyi ortaya çıxdı. İngilis The Guardian qəzeti Pakistana gedərək, Talibanın təhsil düşərgələrini və Pakistan ordusunun basdığı düşərgələrdən yığdığı uşaqları necə tərbiyyə etdiyini araşdırdı.
Taliban bu uşaqların bir qisimini qaçıraraq düşərgəyə daxil edərkən, bir qisimini də 180 avro qarşılığında ailələrindən "satın alır". Düşərgə əsnasında uşaqlara "öldürmənin haqlılığı" izah edilərkən, din üçün ölmələri təşviq edilir. Uşaqlara, yetkin olmadan bu şəkildə ölsələr cənnətə gedəcəkləri vəd edilir. "Canlı bomba" olaraq seçilən uşağa isə son axşamında ziyafət çəkilir və ertəsi səhər bədəninə sarılan partlayıcılarla bir avtobusa mindirilərək hücumu təşkil edəcəyi yerə aparılır.
Təhsil düşərgələri Pakistan ordusu tərəfindən ortaya çıxarılınca, təhsilsiz və kasıb olan bu uşaqlar üçün, Taliban düşərgələrinə "rəqib" olaraq Pakistan ordusu da bir məktəb açdı. Basılan təhsil düşərgələrindən alınan uşaqlar, bu məktəblərə aparılaraq, burada özlərinə sənətdən kriketə, İngiliscədən voleybola qədər bir çox mövzuda təhsil verilir. Ordunun düşərgələrində ayrıca uşaqlara dini təhsil verilir və psixoloji dəstək təmin edilir. Məktəbi bitirən uşaqların ailələriylə bir razılaşma imzalanaraq 2 il boyunca bu uşağın ortadan itməyəcəyinə dair təəhhüd alınır.