İran bəzi siyasətçiləri hesab edir ki, S-300 zenit raket qurğusu ilə bağlı müqaviləni ləğv etdiyinə görə Rusiyaya qarşı məhkəmə iddiası qaldırılmalıdır.
Əhli Beyt -ABNA– xəbər agentliyi xəbər verir:İslam məclisinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Kazım Cəlali deyib ki, İran Rusiyaya qarşı öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün iddia qaldırmalıdır.
Bu, İslam Respublikasının qanuni haqlarını müdafiə etmək üçün vacibdir.
Bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, bu müqavilənin ləğvinə görə İran onun ölkəsini məhkəməyə verə bilməz.
Rusiyalı diplomatın bu bəyanatını şərh edən iranlı deputatın sözlərinə əsasən, Tehran hakimiyyəti rəsmi Moskvaya xəbərdarlıq edərək bildirib ki, müqavilədən imtinanın Rusiya üçün etimadsızlığın güclənməsi baxımından da acı nəticələri olacaq.