Səlahəddin Dəmirtaş hesab edir ki, bu filmlərin həqiqətdən uzaq, kürd millətinə qarşı kin və düşmənçiliyə təşviq edicidir.
Türkiyədə PKK terror təşkilatının siyasi cinahı olan Barış və Demokratiya Partiyasının (BDP) sədri Səlahəddin Dəmirtaş bəzi teleseriallar barədə Radio Televiziya Üst Qurumuna (RTÜK) şikayət edib. ANS PRESS NTV-yə istinadən xəbər verir ki, bu flmlər TRT-də yayımlanan “Sakarya Fırat”, “Samanyolu” telekanalında yayımlanan “Tək Türkiyə” və “Ölümsüz Kahramanlar” və ATV ilə nümayiş olunan “Kurtlar Vadisi Pusu” serialıdır.
Səlahəddin Dəmirtaş hesab edir ki, bu filmlərin həqiqətdən uzaq, kürd millətinə qarşı kin və düşmənçiliyə təşviq edicidir.
Filmdən şikayəti olan vətəndaşların RTÜK-ə müraciət etməsini istəyən BDP lideri bu filmlərə baxanların, qarşılarına çıxan ilk kürd vətəndaşa hücum edə biləcəyini iddia edib.