Dünyada » Avropada yeni terror təhlükəsi.

Pakistanda təlim keçən terrorçular arasında türklər, çeçenlər, özbəklər də var


“Əl-Qaidə”nin bir neçə Avropa ölkəsinin paytaxtında irimiqyaslı terror aktı törədəcəyi ilə bağlı yeni xəbərdarlıqlar gəlir. ABŞ, Böyük Britaniya və digər ölkələrin ardınca İsveç və Yaponiya da öz vətəndaşlarını Avropaya səyahət etməkdən çəkinməyə çağırıb.


Xüsusi xidmət orqanlarının məlumatlarına görə, terrorçular “komandos” stilində Avropanın 5 iri aeroportuna basqın edərək çoxsaylı girovlar götürmək və insanları qətlə yetirmək üçün plan qurublar. Terror aktını həyata keçirmək üçün hazırlanan “Əl-Qaidə”çilər artıq Avropadadır. Onlardan bəzilərinin nəzarət altında olduğu bildirilir. Xəbər verildiyi kimi, ABŞ və Böyük Britaniya xüsusi xismət orqanları terorçuların hədəfində Parisdəki Eyfel qülləsinin də olduğunu açıqlayıblar. Terror xəbərdarlığı ən yuxarı səviyyəyə qədər artırılıb. Terrorçuların Pakistandakı “əl-Qaidə” düşərgələrində təlim keçdiyi bildirilir.

Pakistan xüsusi xidmət orqanları da təhlükənin yüksək səviyyədə olduğunu təsdiq edir. “Assoşeyted press” agentliyinin məlumatına görə, Pakistan kəşfiyyatının yüksək rütbəli rəsmisi deyib ki, Avropa ölkələrində terror həyata keçirmək üçün hazırlanan qrupda türklər, özbəklər, çeçenlər və ərəblər də yer alır. Onlardan biri Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş pilotudur, həmin pilot F-16 təyyarələrini idarə edə bilir.


F.MƏMMƏDOV

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!