Dünyada » Ben Laden terror hazırlayır.
Üsəma bin Laden

ABŞ Dövlət Departamenti bir neçə Avropa ölkəsində yaranmış yüksək dərəcədə terror riski ilə əlaqədar Amerika vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Çağırışda deyilir ki, kəşfiyyat məlumatlarına əsasən, “əl-Qaidə” və şəxsən Üsamə bin Laden bir sıra Avropa şəhərlərində dağıdıcı terror aktları hazırlayıb. Plana Parisdəki Eyfel qülləsi də daxil olmaqla, İtaliya və Almaniyada bir sıra məşhur turizm obyektlərinin ələ keçirilməsi də daxildir. Dövlət Departamenti israrla tövsiyə edir ki, ABŞ vətəndaşları bu obyektlərə baş çəkməsinlər və sözügedən ölkələrə səfərləri zamanı maksimum ehtiyatlı olsunlar.


Xəbər verildiyi kimi, ötən həftə bir neçə Avropa ölkəsinin xüsusi xidmət orqanları “əl-Qaidə”nin təhlükəli planının qarşısının alındığını açıqlamışdı. Bildirilirdi ki, Böyük Britaniya və digər Avropa ölkələrinin vətəndaşlığına malik olan müsəlmanlar Pakistan və Əlcəzairdəki terror düşərgələrində təlim keçərək terror aktlarını həyata keçirmək üçün göndəriliblər. Terrorçular bir sıra Avropa paytaxtlarında seriya hücumlar həyata keçirməyə, hotellərdə, vağzallarda çoxsaylı girovlar götürməyə, o cümlədən Eyfel qülləsini tutaraq ora qalxan turistləri qətlə yetirməyə hazırlaşıblar. Planın qarşısı alındığı barədə bəyanatlara baxmayaraq, terror təhlükəsinin yüksək olduğu bildirilir. Məlumatlara görə, terror hücumlarını həyata keçirmək üçün hazırlanmış qrupun bir neçə üzvü müşahidə altındadır.

Bu arada Britaniyanın Xarici İşlər Nazirliyi də Fransa və Almaniyaya səfər edən vətəndaşları üçün təlimat açıqlayıb. Nazirlik bildirir ki, yaranmış vəziyyətə müvafiq olaraq özünün xarici səfərlərə dair qaydalarını redaktə edir. Britaniya XİN sözçüsü BBC-yə bildirib ki, yüksək risk kateqoriyası xaricdəki vətəndaşlarına verilən təhlükə tövsiyələrinin ən yüksəyidir. Bununla belə, vətəndaşlara Almaniya və Fransaya ümumiyyətlə səfər etməmək tövsiyə olunmur.

Maykl Şeuver Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xəfiyyəsidir və Üsamə bin Ladeni ovlamağa çalışan departamentə rəhbərlik edən Maykl Şeuver deyib ki, ABŞ administrasiyası “əl-Qaidə”yə qarşı mübarizəni uda bilmir: “Mən düşünmürəm ki, kimsə belə bir həyəcanın mövcudluğuna şübhə etsin, Birləşmiş Ştatlar hökumətinin və NATO-nun ”əl-Qaidə"yə qalib gəlindiyinə dair bəyanatlarına rəğmən, “əl-Qaidə”nın indi bizim üstümüzə adamlarını göndərmək üçün dünya boyunca beş platforması var: Yəmən, Əfqanıstan-Pakistan, İraq, Somali və Şimali Afrika. Buna Avropada və Birləşmiş Ştatlarda Üsamə bin Ladenə rəğbətləri olan gənc müsəlmanların çoxaldığını da əlavə etsək, hər birimiz bilməliyik ki, bəli, belə bir təhlükə var".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!