Analitika və müsahibə » Yasir Həbib səfeh, vəhhabilər ondan da səfehdi-Ayətullah Məkarim
Ayətullah Məkarim Şirazi

"Mən etiqad, təfsir və digər sahələrdə 140 kitab yazmışam, amma onların heç birində Peyğəmbər (s) xanımlarına təhqir yoxdur"

ABNA-nın məlumatına görə şiə dünyasının böyük mərceyi-təqlidlərindən Ayətullah Nasir Məkarim Şirazi xaric dərslərində şiə dünyasına yönələn fitnələri dəyərləndirərkən deyib: "Son günlər Londonda yaşayan savadsız və dırnaqarası alim olan bir şəxs şiə məzhəbi adına digər məzhəbin müqəddəslərini təhqir edib. O, Həzrət Peyğəmbərin (s) xanımlarından birinə qarşı çirkin sözlər işlədib".

Böyük alim sözünün davamında deyib: "Bu şəxs ya cəsusdur, ya da axmaq. Amma ondan daha da cahili vəhhabi üləmalarıdır ki, onun sözünə əsaslanaraq guya şiələrin özlərini ifşa etdiklərini bildirdilər. Vəhhabilərin məntiqsizliyi ondan ibarətdir ki, bu fikir bütün şiə alimlərinin nəzəri olmadığı halda bir səfeh və muzdur adamın sözlərindən yapışmışlar. Biz həmin adamın sözlərini yalan bilirik. Mən özüm əqaid, təfsir və digər elmlər barədə 140 kitab yazmışam amma heç bir yerdə Peyğəmbər(s) xanımları barədə belə bir şey yoxdur. Amma bu vəhhabilər üçün sənəd deyil, lakin o muzdurun sözləri sənəddir".

Düşmənlərin bu sözlərin təbliğ edilməsinə toxunan ustad buyurmuşdur: "Bəziləri deyir ki, bu sözlərin mühakimə olunduğunu deyirsiz bəs nəyə görə sizin ayətullahlar bunu mühakimə etmirlər? Halbuki biz bunu məhkum edərək Peyğəmbər(s) xanımlarınınm təhqir olunmasını bilavasitə Peyğəmbər(s)ın özünün təhqir olunması bilirik. Və bu Vilayət kanalı ilə də yayımlanmışdı".

Daha sonra İmam Xomeyni(r.a)ın Salman Rüşdünün qətlinin vacib olunması fitvasına toxunan Ayətullah Məkarim Şirazi bunları demişdir: "Vahhabilər unudublar ki, Şeytan ayələri kitabında Peyğəmbər(s) xanımlarını təhqir edən Salman Rüşdünün ölüm fitvasını mərhum İmam Xomeyni vermişdir? Halbuki onlar onun barəsində bir kəlmə belə fikir söyləmədilər. Onlar bunu kənara qoyaraq bir divanənin sözlərindən tutublar. Bu onu göstərir ki, onlar məntiq əhli deyillər. Amma bəzi əhli-sünnət alimləri bizim bu fitvaları gördülər və bundan xoşhal olduqlarını bildirdilər".

Sonda tövsiyyə edən alim buyurmuşdur: "Gərək ayıq olaq və müzakirələrdə məntiqli və dəllili əsaslar gətirək. Elə etməyək ki, etdiyimiz işlər ixtilafa səbəb olsun. Müsəlmanlar gərək əl ələ verələr ki, düşmənlərin qəsdlərinin qurbanı olmasınlar".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!