Usame Bin Laden səs yazısında müsəlmanları Pakistana yardım etməyə çağırıb
Dünən Usame Bin Ladenə aid olduğu iddia edilən səs yazısı yayılıb. "Haberturk"-ün məlumatına görə səs yazısında müsəlman ölkələrinin Pakistana yardım üçün az cəhd etdiklərini deyilib. Bin Ladenə aid olduğu iddia olunan səs yazısında yardıma nümunə olaraq Türkiyə, Körfəz ölkələri və Malayziya göstərilir. Həmçinin deyilir ki, BMT baş katibi Pangi Mundan fərqli olaraq, heç bir müsəlman lider Pakistana baş çəkməyib. Səs yazısının başlığı "Pakistanlı qardaşlarınıza yardım edin" şəklindədir.
Səs yazısını ABŞ-ın İslam saytlarından biri yayıb. İlk səs yazısından sonra 2-ci yazı yayımlanıb ki, bu daha əhatəli olub və 13 dəqiqə çəkib.