Şeyx Əbdüləziz Ali-Şeyx Yasirin Həbibin çıxışını “şiələrin iç üzünü ifşa ilahi inayət” adlandırıb
Səudiyyə Ərəbistanının şiə icmasının internet səhifəsində yerləşdirilən məlumata əsasən, bu ölkənin birinci müftisi Şeyx Əbdüləziz Ali-Şeyx deyib, Yasir Həbibin Peyğəmbər (s) xanımı Aişə barəsində fikirlərini söylədikdən sonra ərəb və müsəlman ölkələrində şiə məzhəbinin yayılması dayanıb.
Ahlibeyt.az-ın məlumatına görə müfti imam-cümələrlə görüşündə bildirib: “Küveytli şiə ruhanisi Yasir Həbibin dedikləri ona səbəb oldu ki, bir çox şiəliyə meyilli olan sünnülər öz yalnış yolundan dönüb düzgün yola qayıtdılar”. Müfdi dava edib: “Mənə ərəb ölkələrindən məlumatlar gəlir ki, şiəliyə keçən sünnülərin böyük bir dəstəsi, xüsusən Şimali Afrikada, Yasir Həbibin dediklərindən sonra şiəliyin batil olduğunu anladılar və haqq olan məzhəbə döndülər.” Daha sonra vəhhabi alimi təhqiramiz ifadələrdən istifadə edərək deyib ki, şiələr məzlumluq pərdəsi arxasında gizlənsələr də, onların “xəbis bir qövm” olması üzə çıxdı. Alim, Yasirin Həbibin çıxışını “şiələrin iç üzünü ifşa ilahi inayət” adlandırıb.
Səudiyyə müftisinin Yasir Həbibi tənqid etməsi anlaşılandır, əlbəttə Həbibin fikrini bütün şiələrə şamil etmək səhvdir. Yasir Həbib küveytli olsa da Londonda yaşayır və heç bir elmi hövzə və ya mərcəə tərəfindən şiələrin adından danışacaq bir alim kimi tanınmayıb. Onun Peyğəmbər (s) xanımı Aişə barəsində dedikləri dərhal şiə alimləri tərəfindən tənqid olundu və bu işin haram olduğu bildirildi. Səudiyyə müftisi isə səlahiyyətsiz bir insanın sözlərinə görə bütün məzhəbi təhqir edib.