"Daxili sülhün əldə olunması üçün bütün addımları dəstəkləyirik"
"Timeturk" məlumat verir ki, Fələstin baş naziri İsmayıl Haniyə Fəth təşkilatı ilə aparılan danışıqları dəstəklədiyini bildirib. O deyib ki, Fələstin xalqının haq və hüququnu təminat altına alacaq bir uzlaşma əldə etmək üçün hökuməti əlindən gələni etməyə hazırdır.
Haniyə həmçinin deyib: "Mahmud Abbas və Fəthdən xalqımızın birliyi üçün yeni bir səhifə açmasını istəyirik. Bölgədə sülhün əldə olunması üçün ən azı 1967-ci il sərhədlərində paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılması zəruridir. Qaçqınlar və əsirlər öz evlərinə qayıtmalıdırlar".