Dünyada » Fetullah Gülən: "Mavi Marmaradakılar şəhid deyil"

ABŞ-da yaşayan Fəthullah Güləndən maraqlı şərhlər.

 

Cüneyd Özdəmir bir qrup jurnalistlə Pensilvanyaya getdi və Fəthullah Gülən ilə  görüşdü.

Özdəmirin yanında Fərhad Boratav, Sərdar Turqut və Bejan Maturun da hazır olduğu o görüşmədə, Mavi Marmara gəmisinə təşkil edilən hücum və şəhidlər də gündəmə gəldi. Gülən hoca əfəndi, jurnalistlərə Mavi Marmara gəmisindəkilərin şəhid deyil bilə-bilə ölümə gedən insanlar olduğunu söylədi.

Özdəmir, 5N1K proqramında, Fəthullah Gülən hoca əfəndinin Mavi Marmara şəhidlərinə bağlı yanaşmasını belə izah etdi: "Mavi Marmara gəmisinə minənlər "Biz orada şəhid olmağa gedirik" demişlər və İslami bir motiv üzərinə hərəkət edirdi. Fəthullah Gülən bunun şəhidlik belə sayıla bilməyəcəyini, bilə-bilə ölümə getmək" olduğunu söylədi.

5N1Kə qonaq olan Fərhad Boratav da "Heç olmasa The Wall Street Journal reportajında Türkiyədə əks-səda oyandıran şərhinin, bu işin səhv olduğu istiqamətindəki şərhinin bir qiymətləndirmə səhvi ya da dil dolaşması olmadığını, eyni düşüncəsini müdafiə etdiyi ortaya çıxdı. Yəni dil dolaşması ya da elə deyilmiş deyil bilərək və düşünülərək deyilmişdi" dedi.

Bejan Matur isə "Siz, 'mən şəhid olmaq istəyirəm' deyərək yola çıxa bilməzsiniz. Bunun təqdiri Allaha aiddir" demişdi. 

 

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!