Fələstinli silahlılar İordan çayının qərb sahilində qanunsuz məskunlaşan yəhudiləri öldürəcək.
Lent.az-ın “Yerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Dəməşqdə Qərb jurnalistlərinə müsahibə verən HƏMAS Hərəkatının siyasi qanadının rəhbəri Xalid Maşal bəyan edib.
Xalid Maşal deyib ki, İsrail 1967-ci il sərhədinə qayıtmasa, fələstinlilərin yeganə cavabı müqavimət olacaq. O, Fələstin xalqının mübarizəsini amerikalıların müstəqillik uğrunda Böyük Britaniya ilə müharibəsi və fransızların Hitler Almaniyasının işğalına qarşı müqaviməti ilə müqayisə edib.
HƏMAS-ın siyasi qanadının rəhbərinin bəyanatı İsrailin yəhudi yaşayış məskənlərinin salınması ilə bağlı moratoriumun müddətini uzatmaqdan imtina etməsi ilə üst-üstə düşür. Beynəlxalq vasitəçilər bu mövqeyinə görə İsraili tənqid edirlər.