Yaxın şərq » Allavi Sədrlə razılığa gəldi
Seyyid Müqtəda Sədr

"Əl İraqiyyə" blokunun lideri İyad Allavi Seyyid Müqtəda Sədrin "Sədr" qrupu ilə razılığa gəlib.


Bu barədə "Əl İraqiyyə" blokunun sözcülərindən olan Heydər Əl Molla məlumat verib.

"Əl Ərəbiyə"yə müsahibə verən Əl Molla "Sədr" qrupu ilə "Əl İraqiyyə" blokunun bəzi məsələlərdə razılığa gəlindiyini önə çəkib.

Onun sözlərinə görə, görüş zamanı "Sədr" qrupunun nümayəndələri bildiriblər ki, Nuri Əl Malikinin quracağı hökümətdə təmsil olunmayacaqlar.

Press 7

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!