Yaxın şərq » Əhmədoğlu İsrail-Türkiyə əlaqələri haqqında
Əhməd Davudoğlu

Nyu-Yorkda mətbuat konfransı keçirən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, İsraillə əlaqələrin bərpa edilməsi mövzusuna toxunaraq, «BMT İnsan Haqları Komissiyasının raportu da mövcud ikən ortada heç bir şey yox imiş kimi Türkiyə-İsrail əlaqələrinin düzəlməsini gözləmək doğru olmaz», deyə bildirib.

«Nə baş verdiyi ortadadır. Nə edildiyini dünya televiziyaları demək olar ki, canlı yayımladılar. Ortada 9 nəfər mülki vətəndaşın cənazəsi var. Bütün İbrahimi dinlərdə bir insanı öldürmək bütün insanlığı öldürmək kimidir. Burada 9 mülki vətəndaş öldürülüb. Peres təcrübəli bir dövlət adamı olaraq bütün bunları bilir. BMT İnsan Haqları Komissiyasının raportu da mövcud ikən ortada heç bir şey yox imiş kimi Türkiyə-İsrail əlaqələrinin düzəlməsini gözləmək doğru olmaz», deyə Davudoğlu bəyan edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!