Yaxın şərq » Xalid Məşəl "Fəth"lə uzlaşmanın astanasında olduqlarını bildirib
Xalid Məşəl

HƏMAS lideri sionist qüvvələr qarşısında vəhdətdən başqa yolun olmadığını bildirib

313news.net "Israhaber"ə istinad xəbər verir ki, Xalid Məşəl Fəth təşkilatı ilə apardıqları danışıqlar haqqında bir sıra məlumatlar verib. O, uzlaşma istiqamətində atılan addımların həqiqət olduğunu deyib: "Biz Fəthli qardaşlarımızla görüşdüyümüz üçün çox məmnunuq. Qardaşım Əzəm Əhmədə də dedim, uzlaşma və vəhdət bizim üçün vacibdir. Hamımız bir-birimizə möhtacıq. Sionistlərin qatı müqaviməti qarşısında bundan başqa yolumuz yoxdur".

O həmçinin deyib ki, sionistlər tikinti işlərinə yenidən başlayıblar və Netanyahu bölgədə sülhə nail olacaq şəxs deyil. Məşəl açıqlamasında qeyd edib ki, bir çox məsələlərdə razılıq əldə olunub. O tezliklə uzlaşma sazişini imzalayacaqlarına ümid etdiyini bildirib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!