Hizbullah təşkilatının baş katibinin müavini Şeyx Nəim Qasım təşkilat əleyhinə planlı təxribatlara işarə edərək deyib: “Hizbullah ən yaxşı şəraitdədir, bəzi yalançı şəxs və qrupların sözləri ona heç bir təsir göstərməyəcək və əvvəlkindən daha da əzmlə fəaliyyətini davam etdirəcək”.

Şeyx Nəim bildiribdir ki, Beynəlxalq məhkəməni bəhanə edərək Hizbullahın bəzi üzvlərinə qarşı irəli sürülən ittihamlar mübarizəni süquta uğratmağa çalışır.
“Heç vaxt Müqaviməti məhv edə bilməzlər. müqavimət şəhidlərin qanı bahasına ərsəyə gəlib və son damla qanımıza qədər onu müdafiə edəcəyik. Müqavimətin hədəfə alınması Livanın və regionun hədəfə alınmasıdır”, - deyə Şeyx Nəim Qasım bildirib.
O, bildiribdir ki, bizim iki istəyimiz var: yalançı şahidləri və onların himayəçilərini cəzalandırmaq və faktlar əsasında İsraili ittiham etmək.
“Şahidlərin mühakimə olması həqiqətin aydınlaşmasına səbəb olacaq. Amma niyə onların cinayət işləri açılmır? Məlumdur ki, Hizbullaha ittiham vurmaq istəyirlər”, - deyə Hizbullah təşkilatının baş katibinin müavini deyib.