ABŞ mətbuatında İsrailə qarşı xoş qarışılanmayan ifadələr Fələstin haqqında daim işlədilir
Ağ ev müxbiri Helen Tomas iyunda sionistlərə "Fələstindən rədd olub gedin" dediyi üçün işdən qovuldu. "Washington Post"dan Hovard Kurtz isə "Tomas ifadəsini əksinə desəydi hələ də işinin başında olardı" dedi.
"The New Respublic" jurnalının sahibi Martin Peretz blogunda amerikalı müsəlmanların ABŞ konstitusiyasının öz vətəndaşlarına verdiyi xüsusi hüquqlardan istifadə edib-edə bilməyəcəyini müzakirə edir və deyir ki, müsəlmanların konstitusion hüquqları istismar edəcəyindən şübhə edir.
Peretz həmçinin daim Fələstin dövlətinin tanınmasına dair fikirləri inkar edir: "Fələstinlilərə Fələstin xalqı deyə bilmərik", "Bu insalnarın (fələstinlilərin) xalq olduğuna inanmaq üçün Qəzzədə kor gəzməlisiniz".
Bu şəxsin jurnalist kariyerasına nəzər yetirsəniz bunun ancaq Fələstinin əleyhinə kompaniyadan ibarət olduğunu görərsiniz. H. Tomaz bir dəfə İsrail işğalını pislədiyinə görə işdən qovulsa da Peretz kimiləri də hələ də anlayış görür.
"Fox News"-un aparıcısı Mayk Hukabi 2 şagirdə "Əslində Fələstin deyə bir yer yoxdur" demişdi. Sonra da Fələstinlilərin başqa yerdə ölkə yaratmalarına məcbur edilməsini istəmişdi. /timeturk/