Azərbaycan və MDB » Azərbaycan və ABŞ prezidentləri görüşəcək

ABŞ prezidenti Barak Obama sentyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev ilə Nyu-Yorkda görüşəcək

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin müavini Ben Rodesin açıqlamasına görə, prezidentlərin görüşü zamanı müzakirə olunacaq məsələlər arasında ABŞ-ın Əfqanıstandakı missiyası da var.
Qeyd edək ki, görüş Azərbaycan prezidentinin BMT-nin Baş Assambleyasına səfəri zamanı baş tutacaq. Bu, 2003-cu ildən prezident İlham Əliyevin Birləşmiş Ştatlara ikinci rəsmi səfəridir. Prezidentin ABŞ-a ilk səfəri 2006-cı ildə baş tutub.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!