İran hökuməti kosmosun birgə mənimsənilməsi üçün Türkiyəyə müraciət edib.
PA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İranın yaxın gələcəkdə kosmosdan birgə istifadə edilməsi barədə təklifinə Türkiyə hələlik cavab verməyib. Xəbərdə bildirilir ki, Türkiyə rəsmiləri xəbər barədə şərh verməkdən imtina ediblər.
Qeyd edək ki, İranın kosmos proqramında 2017-ci ildə kosmik fəzaya ilk iranlı astronavtın çıxarılması nəzərdə tutulur.
Təklifin yüksək vəzifəli türk və iranlı məmurların görüşündə səsləndirildiyi bildirilir.