Yaxın şərq » Məscidül-əqsada yeni qazıntılar başlayıb
Qüds, Fələstin

İsrail rejimi müsəlmanların ilk qibləsi olan Məscidül-əqsanın qərb divarında qazıntılara başlayıb

Məscidül-əqsaya aid əlyazmalar və qeydlər idarəsi sədri Nəcih Bəqirət sionistlərin keçən 2 gün ərzində yeni qazıntılara başladıqlarını və Məscidül-əqsanın cənub divarı boyunca əməvi sarayları və Darul-imarətin altını qazdıqlarını bildirib. 313news.net-in "israhaber"ə istinadlı xəbərinə görə Bəqirət bunun müqəddəs məscidin sütunlarının zəiflədilməsi məqsədi ilə aparıldığını deyib. O, həmçinin deyib: "Müqəddəs məscidi elə bir hala salıblar ki, o sanki havada asılı halda qalıb. Kiçik bir sarsıntı ilə çökə bilər".

Sədr deyib ki, bu, beynəlxalq hüquqa, həmçinin 1954-cü ildə imzalanmış Cenevrə razılaşmasına ziddir və İsrail liderləri Məscidül-əqsaya qarşı işlədikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!