Azərbaycan və MDB » İran prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfər edəcək

Dekabr ayında İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfər edəcəyi planlaşdırılır.

“İranla Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir”. Bunu APA-nın Tehrandakı müxbirinə açıqlamasında İranın Azərbaycandakı səfiri Məhəmmədbaqir Bəhrami deyib.

Səfir Tehran Universitetində təşkil olunmuş “Azərbaycan Respublikası: keçmiş təcrübələr və gələcək prespektivlər” mövzusunda beynəlxalq konfransın yüksək əhəmiyyətə malik olduğunu bildirib.

Səfir iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı səfərlərin olacağını bildirib.

Bu il sentyabrın 27-də İranın iqtisadiyyat nazirinin müavini Ərdəşir Məhəmmədinin Azərbaycana səfər edəcəyini deyən diplomat səfər zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı yönündə bir sıra müzakirələr aparılacağını və 10 milyard dollarlıq bir müqavilə imzalanacağını bildirib.
Bu il oktyabrın 11-12-də İranın müdafiə naziri Əhməd Vəhidi Azərbaycana səfər edəcək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!